ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında bir sıra məsələlər müzakirə olunub
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın iclası keçirilib.
Universitetin rektoru, professor Cəfər Cəfərov iclasın gündəliyi barədə məlumat verib.
Rektor qeyd edib ki, ATMU təhsil-təlim-təcrübə-tədqiqat, o cümlədən xarici tərəfdaş ali məktəblər, ölkənin elmi və nüfuzlu turizm müəssisələri, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin dinamik inkişafını şərtləndirən göstəricilər kontekstində zamanın nəbzini tutan istiqamətlər üzrə fəaliyyətini daha da genişləndirir
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə əsasən ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov yay imtahan sessiyasına hazırlıq vəziyyəti və bu ali təhsil ocağının yaranmasının 10 illiyi ilə bağlı görüləcək hazırlıq işləri ilə bağlı geniş məruzə ilə çıxış edib.
Sonra hesabatlar dinlənilib, 2014/2015-ci tədris ilinin yekun dövlət attestasiya imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiələrinin təşkili barədə məlumatlar verilib.