İQTİSADİYYAT


Elmir Vəlizadə: Azərbaycan gələcəkdə “Rəqəmsal İpək Yolu” layihəsinin bir hissəsi olacaq

Bakı, 13 iyun, AZƏRTAC

Gələcəkdə Azərbaycan “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) layihəsinin bir hissəsi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən panel iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, hazırda məqsəd ətraf ölkələrin tranzit marşrutlarının, data marşrutlarının ölkəmizdən keçməsini və burada kəsişməsini təmin etməklə Azərbaycanı mərkəzi mübadilə mərkəzinə çevirməkdir.

“Digital Hub” layihəsi barədə danışan nazir müavini deyib ki, birinci fazada bütün layihələrin həyata keçirilməsi üçün əsas infrastrukturun qurulmasıdır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra olunur. Hazırda Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrası davam edir. Bu proqramın əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə respublikamızın regionda internetin satışında mərkəzi ölkəyə çevrilərək rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi ilə bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır. Məqsəd həm Azərbaycanda bütün standartlara cavab verən yeni infrastrukturun qurulması, həm də bunun ətraf ölkələrdəki infrastrukturla kəsişməsini təmin etməkdir.

“Artıq işlərə başlanıb və layihənin icrası davam edir. Hazırda “bag bone” infrastruktur dəmir yolunun kənarı ilə qorunan zolaqla inşa edilir. Paralel olaraq infrastruktur Xəzər dənizindən keçməklə Azərbaycan-Qazaxıstan, Azərbaycan-Türkmənistan istiqamətində də aparılır”, - deyə nazir müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.