Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Elmira Axundovanın yeni kitablarının təqdimatı olub VİDEO

Bakı, 12 aprel, Əziz Məmmədov, AZƏRTAC

Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira...” kitablarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Bizim tanıdığımız Elmira...” kitabında Elmira Axundovanın yaradıcılığına həsr olunmuş məqalə və esselər toplanıb. Burada son 15 ildə mətbuatda onun haqqında çıxan ən maraqlı və əhəmiyyətli yazılar yerləşdirilib. İkinci kitab - “Həmkarlarımla üz-üzə” isə Elmira Axundovanın müxtəlif yazılı və elektron KİV-də öz jurnalist həmkarları ilə açıq və səmimi söhbətləri – uşaqlıq illəri, valideynləri, ilk məhəbbəti, özünün maraqlı, gözlənilməz hadisələrlə dolu və sərt dönüşləri olan həyatı barədə müsahibələrindən ibarətdir.

Tədbirdə çıxış edən kitabların müəllifi Elmira Axundova onun yaradıcılığını izləyənlərə, ədəbi və ictimai fəaliyyətinə maraq göstərənlərə təşəkkürünü bildirib. O deyib: “Bu gün kitablarımın təqdimatında mən məhz jurnalist həmkarlarımı, xüsusən mənim son 15 ildə - bədii yaradıcılıqla fəal şəkildə məşğul olduğum müddətdə hər zaman mənim layihələrimi və təşəbbüslərimi dəstəkləyənləri, xaricdə keçirdiyim bütün təqdimatları, yeni çıxan kitablarımı işıqlandıranları bir yerə toplamaq istəyirdim. Bütün bunlara görə onlara çox minnətdaram. Yazıçılıq sənətinin Anar, Vaqif Səmədoğlu, Natiq Rəsulzadə kimi ustadlarının, akademik İsa Həbibbəylinin, jurnalistikanın korifeyləri Elmira Əliyeva və Qalina Mikeladzenin və bir çox başqalarının mənim haqqımda əhatəli, dərin və çox səmimi məqalələr yazdıqlarını dərk etmək mənim üçün çox xoşdur. Deməli, publisistika sahəsində mənim əməyim, kitablarım, səylərim onlarda öz güclərini və vaxtlarını sərf edərək bu cür məqalə və oçerklər yazmaq marağı oyadıb. Mən də mətbuatda haqqımda çıxan ən əhəmiyyətli və əlamətdar yazıları nəşr etməyə qərar verdim. Nəhayətində, bu, digər yazıçılar və publisistlər üçün, eləcə də çoxsaylı dostlarım və həmkarlarım üçün ədəbiyyatı tədqiq etmək sahəsində nümunə ola bilər”.

Azərbaycanın Xalq yazıçısı qeyd edib ki, jurnalistə müsahibə bir tərəfdən, informasiyaya malik olan insanla ünsiyyət zamanı ondan həmin informasiyanı əldə etmək metodudur, digər tərəfdən, publisistika janrı jurnalistin söhbət və suallar verməsi vasitəsilə həmsöhbətinin informasiyanı tam şəkildə açmasına kömək etməsidir. Ona görə də konkret müsahibə üçün lazımi yanaşmanın seçilməsi çox mühümdür. “Məndən tez-tez soruşurlar: “Bizdə müasir jurnalistikanın səviyyəsi necədir?” Mən həmişə cavab verirəm ki, Azərbaycan jurnalistikası da böyük media məkanının bir hissəsi kimi yerində saymır, irəliyə doğru addımlayır, olar bilər ki, o, regionda ən güclüsüdür. Düzünü desək, hesab edirəm ki, mən jurnalist həmkarlarım qarşısında öz borcumu hələ tam şəkildə yerinə yetirməmişəm. Elə bu səbəbdən, sizləri də həmmüəllifi hesab etdiyim “Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira...” kitablarını yazmaq ideyası yarandı. Bundan başqa, mənim “Dostlarımın gözəl cəhətləri...” adlı digər kitabımda tanınmış siyasi xadimlərlə yanaşı, Elmira Əmrah qızı, Nəsir İmanquliyev, Aslan Aslanov və digər adlı-sanlı jurnalistlərin bədii portretləri təqdim olunub”, -deyə müəllif qeyd edib.

Tədbirdə çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatı Sahib Alıyev, “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin müxbiri Afət İslam və digərləri qeyd ediblər ki, Elmira Axundova öz kitablarında özünəməxsus düzgünlüklə, eyni zamanda, səmimi və birmənalı şəkildə bu gün cəmiyyətimizi narahat edən bir çox problemlər haqqında kəskin, bəzən isə gözlənilməz suallara cavab verir. Oxucular son otuz ildə ölkəmizin ictimai-siyasi həyatının tarixində baş verən hadisələrə tanınmış yazıçının prizmasından baxmaq imkanı əldə edirlər. Bununla yanaşı, Elmira Axundova özünün jurnalist həmkarlarını da yaddan çıxarmayıb və kitablarında onun yaradıcılığından bəhs edən kiçik yazılardan tutmuş, geniş və dərin analitik məqalələrədək bütün materialları yerləşdirib.

Elmira Axundova yüksək peşəkarlıq, insanlara və hadisələrə xeyirxah və obyektiv münasibət məktəbidir. Bu, gənc jurnalistlər nəslinə bir çox mətləbləri öyrətməyə qadir olan, onları öz fikirlərini savadlı şəkildə ifadə etməyi, peşəkarlığı, öz sözlərinə görə məsuliyyət daşımağı, Vətənini və xalqını sevməyi və onlara xidmət etməyi, prinsipial olmağı, bütün qəlbi ilə həyatını həsr etdiyi peşəsinə bağlanmağı təlqin edən məktəbdir.

Qeyd olunub ki, Elmira Axundova “Naşirin qətli”, “Şüşə saray”, “Fərmanla əfv edilib”, “Bu bizik”, “Dostlarımın gözəl cəhətləri”, “Yaşamaq dövrü”, “Elçinin fövqəlvəzifəsi”, “Həqiqət anları”, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda”, “Anar Məmmədxanov. Kapitanın taleyi” və başqa kitabların müəllifidir. “Heydər Əliyev. Şəxsiyyət və zaman” yeddicildlik roman-tədqiqatında isə yazıçı Ümummilli lider Heydər Əliyevin sözün əsl mənasında möhtəşəm, əbədiyaşar abidəsini yaradıb və bu abidə əsrlər boyu var olacaq.

Xüsusilə vurğulanıb ki, Elmira Axundova ədəbi yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, cəmiyyətdə olan problemlərə biganə qalmır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Elmira Axundovanın yeni kitablarının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY