ELM VƏ TƏHSİL


Elşad Göyüşov: ADA Universiteti sərgidə bakalavr pilləsi üzrə 8, magistr üzrə 4 proqramla çıxış edir

Bakı, 11 oktyabr, AZƏRTAC

ADA Universiteti 4-cü dəfədir ki, Beynəlxalq Təhsil Sərgisində iştirak edir. “EduExpo” sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan platformadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Elşad Göyüşov deyib. O bildirib ki, bu il ADA Universiteti sərgidə bakalavr pilləsi üzrə 8, magistr pilləsi üzrə 4 proqramla çıxış edir.

“Universitetimizin fərqliliyi burada təhsilin ingilis dilində olmasıdır. ADA dünyanın 63 universiteti ilə əlaqələrə malikdir və əməkdaşlıq proqramları əsasında tələbələri bir semestr və ya xaricdə birillik təhsil almağa göndərmək imkanına malikdir. Sərgi sayəsində layiqli abituriyentlərdə ADA Universitetinə maraq yaratmaq və universitetin nüfuzunu daha da artırmaq niyyətindəyik”, - deyə Elşad Göyüşov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.