İDMAN


Elvin İsayev: Rinq ən güclüləri müəyyənləşdirir

Bakı, 2 dekabr, AZƏRTAC 

Finala qədər keçirdiyim döyüşlərin hamısı mənim üçün mühüm əhəmiyyət daşıyırdı. Lakin finaldakı qarşılaşma bir qədər də məsuliyyətimi artırdı. Çünki həlledici mərhələyə ən güclü idmançılar qalırlar. Finalda rəqibim gənc olsa da, əzmkarlıqla mübarizə apardı.

Bu sözləri boks üzrə Azərbaycan çempionatında 64 kiloqram çəki dərəcəsində qalib adını qazanan Elvin İsayev AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Yarışlara böyük səylə hazırlaşmışdım. Məşqçimin bütün tapşırıqlarına əməl edirdim ki, qalib olum. Rinq ən güclüləri müəyyənləşdirir. Ümidləri doğrultduğum üçün məmnunam”, - deyə boksçu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.