İDMAN


Elxan Məmmədov UEFA-ya üzv milli federasiyaların baş katiblərinin toplantısında iştirak edib

Bakı, 8 mart, AZƏRTAC

İstanbulda UEFA-ya üzv ölkələrin milli assosiasiyalarının baş katiblərinin toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. Tədbirdə Avropanın ali futbol qurumunun yeni dövr üçün strategiyası müzakirə olunub.

Aleksander Çeferinin ikinci dəfə UEFA prezidenti seçilməsindən sonra ilk dəfə olaraq 55 üzv ölkənin hamısının təmsilçiləri bu tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Aleksander Çeferin fevralın 7-də ikinci müddətə UEFA prezidenti seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.