MƏDƏNİYYƏT


Emin Ağalarov: Müslüm Maqomayevin yaradıcılığı musiqi dünyasında çoxlarına örnək olacaq

Bakı, 17 avqust, Emil Məlikov, AZƏRTAC

Bu gün Müslüm Maqomayevə həsr edilən əsrarəngiz konsert proqramı təqdim olunacaq və həmin konsertdə dünyaşöhrətli müğənninin repertuarında olan mahnıları tanınmış ifaçılar səsləndirəcəklər. Müslüm Maqomayev musiqi tarixində bənzəri olmayan unudulmaz sənətkardır. Onun mahnıları hər zaman gənc istedadlar tərəfindən ifa olunaraq əbədi yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında tanınmış müğənni, Xalq artisti Emin Ağalarov Müslüm Maqomayevin anım mərasimində bildirib.

“Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk ki, sənətkarı hər zaman böyük hörmət və ehtiramla yad edərək unudulmağa qoymurlar. Müslüm Maqomayev elə bir böyük sənətkar və şəxsiyyət olub ki, onun musiqi tarixində varlığı, eləcə də əvəzolunmaz yaradıcılığı əsrlər boyu bir çox musiqiçilərə, yaradıcı insanlara örnək olaraq, həmçinin bu sənətdə çoxlarına düzgün yol göstərəcək”, - deyə E.Ağalarov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.