ELM VƏ TƏHSİL
Emin Əmrullayev: Təhsil Nazirliyi cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır
Bakı, 18 fevral, AZƏRTAC
Təhsil Nazirliyi cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil olunan müzakirələr zamanı deyib.
O bildirib ki, məktəblərdə olan neqativ halları bu qədər şişirtmək arzuolunan deyil. Bizim uğurlu, olimpiadalarda yüksək nəticələr göstərən şagirdlərimiz var. Onlar da bizim məktəblərin şagirdləridir. Əsas məqsəd yüksək bal toplayan şagird yetişdirməklə yanaşı, həm də cəmiyyətə yararlı vətəndaş hazırlamaqdır.
Qeyd edək ki, “Təhsilə ictimai baxış” silsilə müzakirələrin təşkilində məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.