DÜNYA


Emmanuel Makron populyarlıq reytinqində bir çox siyasətçidən geri qalır

Bakı, 13 fevral, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron populyarlıq reytinqində bir sıra sabiq və hazırkı siyasətçilərdən geri qalır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “Ifop-Fiducial” ictimai rəy institutunun “Paris Match” nəşri və “Sud Radio” radiostansiyası üçün hazırladığı reytinqin nəticələrində yer alıb. Sorğunun nəticələrinə əsasən, Fransanın sabiq ekologiya naziri Nikola Yulo reytinqə başçılıq edir. Belə ki, rəyi soruşulanların 73 faizi onun haqqında yaxşı fikirdədir. Respondentlərin 56 faizinin etimadını qazanan sabiq baş nazir Alen Jüppe siyahıda ikinci yeri tutub.

Bununla yanaşı, rəyi soruşulan fransızların cəmi 36 faizi Emmanuel Makron, 47 faizi isə Baş nazir Eduar Filipp barədə müsbət fikir səsləndirib. Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-İv Le Drian (49 faiz) ən populyar nazir olub. Maraqlıdır ki, Makronu hətta sabiq prezident Nikola Sarkozi (42 faiz) də qabaqlaya bilib.

Bildirilir ki, 18 yaşdan yuxarı 1002 vətəndaşın iştirak etdiyi sorğu fevralın 8-9-da telefon vasitəsilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.