CƏMİYYƏT


Endokrinoloqlar uşaqlarda boydan geri qalma problemlərini müzakirə ediblər

Bakı, 16 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan Pediatr Endokrinoloqlar Cəmiyyətinin növbəti iclası keçirilib.

Klinikadan AZƏRTAC-a bildiriblər ki, iclas hazırda aktual olan uşaqlar arasında boydan geri qalma problemlərinə həsr olunub.

Tədbirdə çıxış edən pediatr, endokrinoloq Gündüz Əhmədov uşaqlarda boy hormonu çatışmazlığının erkən diaqnostikasından danışıb. O, eyni zamanda, boy hormonu catışmazlığının erkən diaqnostikası üçün lazım olan müxtəlif sınaqlar barədə də ətraflı məlumat verib.

Boy hormonu ilə müalicə prinsipləri mövzusunda danışan uşaq endokrinoloqu Azad Əkbərzadə boydan geri qalan uşaqların müalicə prinsiplərinin mövcud olduğunu bildirib. Qeyd olunub ki, bu zaman valideynlər diqqətli olmalı və övladlarının həkim müayinəsindən mütləq keçirmələrini təmin etməlidirlər .

Ümumiyyətlə uşaqlarda boy çatışmazlığı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas yeri boy hormonu olan-somatotrop hormonunun çatışmazlığı tutur. Başqa bir səbəb isə irsi faktorun olmasıdır. Belə ki, ailədə boyun inkişafından geri qalan valideyn olduqda, bu, uşaqların da boyuna təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.