İQTİSADİYYAT


Energetika Nazirliyi: Fevralda Azərbaycanda sutkalıq neft hasilatı 806 min barrel olub

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycanda fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatlar Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təqdim edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 722 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel isə neft məhsulları ixrac olunub. Energetika Nazirliyi fevralda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il gündəlik neft hasilatı 792,6 min barrel olub.

2018-ci il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, cari ilin yanvarından etibarən Azərbaycan sutkalıq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.