İQTİSADİYYAT


Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb

Bakı, 16 iyul, AZƏRTAC

Energetika Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair” Strateji Yol Xəritəsinin icrası məqsədilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev əsas icraçı kimi 11 dövlət qurumu tərəfindən Strateji Yol Xəritəsinin 7 hədəfi, 14 prioriteti üzrə 2017-ci ildə tamamlanması nəzərdə tutulmuş tədbirlərin ilkin qiymətləndirməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. Nazir müavini, eyni zamanda, cari ilin 6 ayı üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələrin aparılacağını və bu məqsədlə dövlət qurumlarının müvafiq məlumatları vaxtında təqdim etmələrini qeyd edib.

İclasda ötən il üzrə qismən icra olunmuş tədbirlər üzrə son vəziyyətə dair təhlillər də aparılıb. Eyni zamanda, 2018-ci ilin 6 ayı ərzində Strateji Yol Xəritəsi üzrə Tədbirlər Planının icra vəziyyəti, görülmüş işlər, verilmiş tapşırıqlar, üzləşilən çətinliklər və sənədlərdə yol verilən nöqsanlar da nəzərdən keçirilib. Tədbirlərin icra prosesinin səmərəli təşkili üçün tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.