REGİONLAR


Energetika naziri Salyanda vətəndaşlarla görüşüb

Bakı, 20 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun növbəti vətəndaş qəbulu mayın 20-də Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik və qaz sərfiyyatı ilə bağlı borcun yaranması, elektrik xətlərinin və dirəklərinin yenilənməsi, şəbəkəyə qoşulma, kənddə elektrik təsərrüfatının yenidən qurulması, transformatorun quraşdırılması, kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması, sayğaclaşdırma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Salyan, Neftçala, Sabirabad və Füzuli rayonlarından, həmçinin Bakıdan və Şirvan şəhərindən olan 23 vətəndaşın müraciətinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.