İQTİSADİYYAT


Energetika nazirinin növbəti vətəndaş qəbulu Salyanda keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin may ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov mayın 20-də Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Salyan rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin “www.minenergy.gov.az” internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi və Nazirliyin feysbuk səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.