SİYASƏT


Erkan Özoral: Heydər Əliyev təkcə Azərbaycanın deyil, türk dünyasının ən böyük liderlərindəndir VİDEO

Bakı, 10 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu mayın 10-da Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.

Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Dahi şəxsiyyət fəaliyyətinin bütün dövrlərində Azərbaycanın inkişafı üçün çalışıb.

Diplomat bildirib ki, Heydər Əliyev türkdilli ölkələr və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi üçün də mühüm xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə böyük önəm verib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bizim üçün əzizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.