SİYASƏT
Erməni lobbisi Fransanın “L’Express” portalını hədələyib
Paris, 15 iyul, AZƏRTAC
Fransanın “Le Monde”, “Figaro”, “L’Express” və digər mətbuat orqanlarında Ermənistan tərəfindən Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törədilmiş təxribat barədə məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, materiallarda artilleriyadan istifadə olunmaqla iki gün davam edən döyüşlərin iyulun 14-də daha da şiddətləndiyi, ümumilikdə 16 hərbçinin həlak olduğu bildirilib. Tovuz istiqamətində son döyüşlərin 2016-cı il döyüşlərindən də şiddətli olduğu vurğulanıb.
Məqalələrdə 30 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə Qafqaz regionunun qeyri-stabil olaraq qaldığı diqqətə çatdırılıb.
“L’Express” portalı “Ermənistan Azərbaycana hücum edib” başlıqlı xəbərə görə sosial şəbəkələrdə erməni lobbisi tərəfindən hədələnib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris