REGİONLAR
Erməni vandalizminin izlərinə beynəlxalq hüquq və dini aspektdən baxış
Quba, 8 dekabr, Elxan Yusifli, AZƏRTAC
Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi-dini abidələr və ziyarətgahlarımızdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba Soyqırımı Memorial Kompleksində “Azərbaycanda erməni vandalizminin izləri: Beynəlxalq hüquq və dini aspektdə” mövzusunda keçirilən konfransda bildirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbə müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova və digərləri çıxış edərək ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən danışıblar.
Qeyd edilib ki, güclü havadarlarına arxalanan ermənilər zaman-zaman xalqımıza qarşı soyqırımı və qırğınlar törədiblər. XX əsrin əvvəllərində - 1905-ci və 1918-ci illərdə törədilən soyqırımları, əsrin sonunda - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı tarixin yaddaşına həkk olunmuş qanlı salnamələrdir. Bu hadisələr bütün türk dünyası, həmçinin bəşəriyyət üçün bir ibrət dərsi, erməni vəhşiliyini göstərən danılmaz tarixi faktlardır.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.