DÜNYA


Ermənistan humanitar fəlakətlə üz-üzə qalıb

Tbilisi, 14 fevral, AZƏRTAC

Ermənistanda yoxsulluğun səviyyəsi 2020-ci ildə 30 faizə çatıb. Əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin sabiq müavini Tadevos Avetisyana istinadla məlumat yayıb.

T.Avetisyan bildirib ki, baş nazir Nikol Paşinyan 2020-ci ili ölkənin “çiçəklənmə” ili adlandırmaqla xalqı aldadır və alçaldır.

Onun sözlərinə görə, ölkə əhalisinin sosial vəziyyəti ilbəil ağırlaşır. 2018-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 23,5 faiz, 2019-cu ildə 26,5 faiz olduğu halda, ötən il 29,8 faiz olub. Cari ildə isə bu rəqəm daha da böyüyəcək”.

Sabiq məmur Ermənistanın xarici dövlət borcunun da əsaslı dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, Ermənistanın dövlət borcu 10 milyard ABŞ dollarına çatıb və ölkə artıq humanitar fəlakətlə üz-üzədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.