Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ermənistan ombudsmanının əsassız iddialarına cavab

Ermənistan ombudsmanının əsassız iddialarına cavab

Bakı, 7 oktyabr, AZƏRTAC

Ermənistan ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ermənistan ombudsmanının əsassız iddialarına cavabında vurğulanıb.

Bununla bağlı qeyd olunub ki, Səbinə Əliyeva və Ombudsman Aparatının nümayəndələri beynəlxalq konvensiyaların tələbləri rəhbər tutulmaqla erməni əsirlərə və azad edilmiş ərazilərimizdə saxlanılaraq istintaqa təhvil verilmiş hərbi dəstə üzvlərinə bir neçə dəfə baş çəkiblər. Həmin başçəkmələr zamanı milli qanunvericiliyə və beynəlxalq hüquqa əsasən malik olduqları hüquqlar əsirlərə öz dillərində izah edilib. Həmin Ermənistan vətəndaşları saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Habelə onlar üçün beynəlxalq standartlara uyğun səviyyədə tibbi xidmətin təşkil olunduğu, ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa şərait yaradıldığı müəyyən edilib. Ombudsmanın bu başçəkmələri ilə əlaqədar beynəlxalq təşkilatlara hesabatlar da təqdim edilib.

“Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ermənistanın cari ilin sentyabrın 12-də başlatdığı son genişmiqyaslı təxribatlardan sonra əsir düşmüş erməni hərbi qulluqçulara da başçəkmə keçirilib, onlara hüquqları izah edilib. Fərdi şəkildə qəbul edilmiş həmin şəxslər də saxlanma şəraiti və rəftardan narazılıq etməyiblər.

Ombudsmanın həyata keçirdiyi başçəkmələrin nəticələrinə əsasən Azərbaycanda Ermənistan əsirlərinə münasibətdə beynəlxalq humanitar hüququn tələblərinə uyğun insani yanaşma sərgiləndiyi müşahidə edilib.

Əsirlər Ermənistana qaytarıldıqdan sonra isə Azərbaycanda onlara qarşı işgəncələrin olması, habelə bəzi şəxslərin əsir və girov götürülərək qətlə yetirilməsi kimi yanlış iddiaların tirajlanmasını dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi cinayətlərdən yayındırmaq cəhdi kimi qiymətləndiririk.

Qeyd etmək istərdik ki, hələ Vətən müharibəsinin gedişində tərəfimizdən erməni əsirlərin hüquqlarının təmini vəziyyətinin monitorinqi məqsədilə bu cür başçəkmələr keçirilsə də, xüsusilə Azərbaycanın yaralı hərbi əsirlərinə qarşı qeyri-insani münasibət göstərildiyini sübut edən videoların yayılmasından sonra belə Ermənistanın Ombudsman təsisatı tərəfindən həmin şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi üçün bir dəfə də başçəkmə keçirilmədi.

Buna baxmayaraq, Ermənistan əsirliyində olmuş hərbi qulluqçularımız və 2014-cü ildən Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərov ölkəmizə qaytarıldıqdan dərhal sonra Azərbaycan Ombudsmanı onlarla görüş keçirib və fərdi söhbətlər zamanı həmin şəxslər bir sıra işgəncə hallarına, qəddar və qeyri-insani davranışa məruz qaldıqlarını bildiriblər. İfadələrdə əsirlikdə olduqları müddətdə onlara lazımi tibbi xidmətin göstərilməməsi, tibb heyəti tərəfindən qeyri-insani münasibətə məruz qalmaları da qeyd olunub. Bu faktlar sənədləşdirilməklə Ombudsman tərəfindən hesabat şəklində hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib. Bundan başqa, adıçəkilən iki azərbaycanlı mülki şəxslə bərabər işğal altında olmuş Kəlbəcərdə girov götürülmüş və ermənilər tərəfindən ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmiş Həsən Həsənovla bağlı ekspertiza rəyi və reallığı əks etdirən fotolar da həmin hesabata əlavə edilib.

Eyni zamanda, müharibə dövründə azərbaycanlı əsirlərə işgəncə verilməsi, cəsədlərin zorakılığa məruz qalması, yandırılması, təhqir edilməsi halları ilə bağlı da həm kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış, həm də əldə edilmiş digər sübutlara əsaslanan materiallar da tərəfimizdən dəfələrlə diqqətə çatdırılmışdır. Bununla bağlı məlumatlar mütəmadi olaraq Ombudsmanın rəsmi internet səhifəsi, sosial şəbəkə hesabları və mətbuatda işıqlandırılıb, hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq ünvanlara təqdim edilib.

Onu da xatırlatmaq istərdik ki, Ermənistan tərəfi bu günədək Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş dörd minə yaxın azərbaycanlı ilə bağlı məlumat verməkdən yayınır. Həmin şəxslərin məruz qaldıqları işgəncələrə dözməyərək vəfat etməsi, qətlə yetirilməsi, kütləvi şəkildə dəfn edilməsinə dair sübutlar vardır. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi, orada dəfn edilmiş mülki şəxslərin və hərbçilərin işgəncəyə məruz qaldığını təsdiq edən faktlar da bunun bariz göstəricisidir.

Bu baxımdan, çoxsaylı cinayət əməllərinə yol vermiş və hələ də bu halları davam etdirən Ermənistan tərəfinin erməni əsirlərə qarşı Azərbaycanın humanist rəftarını əksinə təqdim etməyə cəhd göstərməsini bir daha Ermənistanın hər zaman olduğu kimi həqiqətləri təhrif etməklə dünya ictimaiyyətini çaşdırmaq və törətdiyi cinayətləri gizlətmək cəhdi kimi qiymətləndiririk.

Yaxşı olardı ki, Ermənistan ombudsmanı bu cür yanlış məlumatlar yayaraq dünya ictimaiyyətini çaşdırmaq, Azərbaycan ombudsmanının hesabatlarını plagiatlaşdırmaq əvəzinə dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə çalışsın, bununla da, sülhə və insan hüquqlarının təmininə dəstək versin”, - deyə Azərbaycan ombudsmanının cavabında qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO