ORDU
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələri düşməni əvvəlcədən aşkar ediblər. Görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə yerində düşmənə məxsus iki mina, iki qumbara və qana bulaşmış ləvazimatlar aşkar olunub.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:53]
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
- 26.04.2024 [15:21]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
- 26.04.2024 [10:14]