Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi təqdirdə, daha da ağır yükün altına girəcək

Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi təqdirdə, daha da ağır yükün altına girəcək

Bakı, 25 noyabr, AZƏRTAC

İkinci Qarabağ müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan və ətrafı hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, N.Paşinyanın son seçkilərdə kommunikasiyaların açılmasının vacibliyini vurğulamasına, bununla da Ermənistanın iqtisadi-siyasi kollapsdan çıxacağı barədə vədlər verməsinə baxmayaraq, indi tamamilə əks mövqedən çıxış edir. Paşinyanın iddialarına görə, Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasından söhbət gedə bilməz və üçtərəfli Bəyanatda “dəhliz” ifadəsi yer almayıb. Şübhəsiz ki, onun bu iddiaları, əsasən Ermənistan cəmiyyətinə hesablanmış və bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışan dairələrin istək və təlimatlarına uyğun olaraq irəli atılıb.

Deputatın sözlərinə görə, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunur ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Üçtərəfli Bəyanatın 9-cu bəndinin yuxarıda iqtibas gətirdiyim hissəsindən göründüyü kimi, burada söhbətin nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən getdiyini vurğulayan S.Fətəliyeva diqqətə çatdırıb: “Bu isə dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət isə yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan, onların fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Çünki bütün konvensiyalarda dövlətlərarası razılaşmalar əsas götürülür və ötən il noyabrın 10-da imzalanmış Bəyanatda həm də üçüncü – zəmanətçi tərəf də vardır ki, bu həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vyana Konvensiyasının, həm də beynəlxalq hüququn prinsipləri haqqında bəyannamənin müvafiq müddəalara uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öz öhdəliklərini yerinə yetirməyə davranmağa borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur”.

Nikol Paşinyanın başqa bir iddiasının Laçın dəhlizi ilə bağlı olduğunu diqqət çatdıran deputat bildirib ki, üçtərəfli Bəyanatın Laçın dəhlizi ilə bağlı hissəsində maneəsiz hərəkətin təşkili ilə bağlı heç bir öhdəlik yoxdur. Bu baxımdan, Laçın dəhlizi mahiyyət etibarilə beynəlxalq nəqliyyat dəhlizi deyil, sadəcə, Ermənistan vətəndaşlarının, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin, sərhəd, gömrük və digər xidmətlərin nəzarətindən keçməklə qarşılıqlı gediş-gəlişinin təşkili məqsədilə yaradılan humanitar dəhlizdir. Digər tərəfdən, üçtərəfli Bəyanatın mahiyyətini regiondakı bütün kommunikasiyaların açılması, əlaqələrin və iqtisadi fəallığın bərpa olunması, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi təşkil edir. Bu isə qonşulara qarşı yürütdüyü aqressiv ekspansionist siyasət nəticəsində dalana dirənmiş Ermənistanın müstəqil hüququn real subyekti kimi mövcudluğunu qoruması və inkişafı üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir.

“Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi təqdirdə mövcud reallıqlardan daha ağır bir yükün altında əzilməkdə davam edəcək. Bunun ağır nəticəsinə isə Ermənistan vətəndaşları qatlanmalı olacaqlar. Çünki Azərbaycan hələ ərazilərinin işğal altında olduğu zaman kəsiyində ölkə ərazisini beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli tərkib hissəsinə və habına çevirməklə, eyni zamanda, logistik alternativlər yaratmaqla dünyanın ən müxtəlif nöqtələrinə maneəsiz və səmərəli çıxış imkanlarını təmin etməyi bacarıb. İndiki şəraitdə, xüsusilə də Azərbaycan torpaqlarının, o cümlədən İranla Ermənistanı birləşdirən Gorus-Qafan yolunun Qubadlı rayonunun ərazisindən keçən hissəsinin işğalına son qoyulduqdan sonra kommunikasiyaların açılmaması məğlub ölkəni daha ağır duruma sala bilər. Bunun ilkin təzahürləri artıq nəzərə çarpmaqdadır”, - deyə deputat vurğulayıb.

S.Fətəliyevanın sözlərinə görə, Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulmasının nəticələri və Ermənistan vətəndaşlarının bu ərazidən keçdikləri zaman rüsum ödəmək məcburiyyətində qalmaları, əslində rəsmi İrəvan, o cümlədən Nikol Paşinyan üçün dərs olmalı idi. Amma görünür, Nikol Paşinyan Ermənistanın “marionet dövlət” statusunu qoruyub saxlamağa çalışan dairələrin təlimatından çıxmaq və öz xalqının təhlükəsiz gələcəyi üçün mövcud olan çıxış yollarını görmək istəmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında