DÜNYA


Ermənistanda intiharların sayı artıb

Bakı, 5 yanvar, AZƏRTAC

Yeni ilin ilk günlərində sosial vəziyyətin getdikcə ağırlaşdığı Ermənistanda intihar halları artıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 4-də Ermənistan FHN-in “911” xidmətinə 31 yaşlı Yerevan sakininin öz mənzilində damarlarını kəsərək intihar etməsi haqqında məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım briqadası gənc qadını xəstəxanaya çatdırıblar.

Həmin gün Artaşat rayonundakı Azatavan kəndində yaşayan 88 və 79 yaşlı ər-arvad kənd təsərrüfatı təyinatlı zəhərli kimyəvi maddə içərək intihar ediblər. Bu təqaüdçülərin intihar səbəbinin sosial problemlər olduğu bildirilir.

Daha bir intihar hadisəsi Yerevanın mərkəzindəki Kiyev körpüsündə baş verib. Hadisə yerinə gələn polislər və təcili tibbi yardım briqadası özünü körpüdən aşağı atmış 35 yaşlı Abovyan sakini R.Karaxanyanın meyitini aşkar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.