DÜNYA
Ermənistanda koronavirusa yoluxanların sayı 46 mini keçib
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Ermənistanda COVID-19 virusuna yoluxma halları yenidən artıb. Son sutka ərzində ölkədə 150 yeni yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 45 min 969-a çatıb.
Pandemiya qurbanlarının sayı 920-yə, başqa səbəblərdən ölən COVID-19 xəstələrinin sayı isə 283-ə çatıb.
Hazırda Ermənistanda 2975 aktiv COVID-19 xəstəsi var.
Qeyd edək ki, cari il martın 16-dan sentyabrın 11-dək Ermənistanda fövqəladə vəziyyət rejimi tətbiq olunurdu.
Sentyabrın 12-də ölkədə karantin rejiminin tətbiqinə başlanılıb və rejim 2021-ci il yanvarın 11-dək davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilis
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]