ELM VƏ TƏHSİL


Eşqi Bağırov: Bu il müəllimlərin işə qəbulu üzrə 8300-ə yaxın vakant yer elan olunub

Bakı, 8 sentyabr, AZƏRTAC

Bu il müəllimlərin işə qəbulu üzrə 8300-ə yaxın vakant yer elan olunub. Əvvəlki ildən fərqli olaraq, bu il peşə təhsili müəssisələrində mövcud vakant yerlər də namizədlərin seçimi üçün təqdim edilib. Bu da bir yenilikdir.

AZƏRTAC xəbər verir ki, bunu canlı yayımda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, vakant yerlərə yerləşdirmə bir dəfə deyil, il ərzində davam etdirilir. Keçid balı toplayıb bu mərhələdə uğur qazana bilməyən namizədlər ilboyu olacaq yerləşdirmələrdə iştirak edib vakant yer tutmaq hüququna malik olacaqlar. Bunun üçün onlara şərait yaradılacaq. Bir neçə əlavə yerləşdirmə keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.