MƏDƏNİYYƏT


“Euronews” kanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

“Euronews” telekanalı Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda sentyabrın 27-dən 30-dək gerçəkləşən festivalla bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Şərqin dahi şair və mütəfəkkirlərindən İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Azərbaycanda ilk dəfə təşkil olunub.

Reportajda festivalın açılış mərasimində Xalq artisti Alim Qasımovun, Azərbaycan əsilli tanınmış britaniyalı müğənni Sami Yusufun ifalarına xüsusi yer verilir. Təqdim olunan ifalarda, bədii-musiqili kompozisiyalarda Şərqlə Qərbin vəhdəti, Nəsimi şeiriyyətinin əbədiyaşarlığının əks olunduğu vurğulanır.

Görkəmli mədəniyyət xadimlərinin, musiqiçilərin qatıldığı festivalın maraqla qarşılandığı bildirilir. Həmçinin ölkəmizin multikulturalizmə və tolerantlığa verdiyi önəm qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.