MƏDƏNİYYƏT


“Eurovision-2019” təmsilçimiz İsraildə

Bakı, 9 aprel, AZƏRTAC

“Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayev yarışma çərçivəsində yayımlanacaq 30 saniyəlik videoçarxın çəkilişi üçün Təl-Əvivə gedib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi və ifaçını təmsil edəcək videoçarxın təqdimatı İctimai Televiziya və müsabiqənin rəsmi saytı Eurovision.tv-də olacaq.

Qeyd edək ki, “Eurovision” təşkilatçılarının tərtib etdiyi builki konsepsiya “Arzulamağa qərar ver: rəqs et”dir. Konsepsiyaya əsasən Çingiz Mustafayev də daxil olmaqla çəkilişlər üçün müxtəlif ölkələrin təmsilçiləri İsrailin mədəni rəngarəngliyini büruzə verən, təkrarolunmaz məkanlarına gəlir və mütləq rəqs edirlər.

Uzun zamandır İsrailə səfər etməyi arzulayan təmsilçimiz gəzib görmək istədiyi yerlərin çox olduğunu bildirib. Ç.Mustafayevin çəkilişlər üçün seçdiyi məkan isə İsrail və Azərbaycan dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirəcək: “Mən İsrailə səfər üçün hazırlaşmışdım, bu, mənim üçün vacib səfərdir. Ümid edirəm ki, görmək istədiyim bütün məkanları ziyarət edə biləcəyəm. Təəssüratlarımı isə mütləq eksklüziv olaraq videobloqumda sizinlə paylaşacağam”.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə baş tutacaq “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.