CƏMİYYƏT
Evdən qızıl-zinət əşyaları və mağazadan pul oğurlayan Sumqayıt sakinləri tutulub
Bakı, 13 yanvar, AZƏRTAC
Ötən il dekabrın 22-də rayondakı evlərin birindən 760 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Quliyeva Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, eyni polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Ş.Məmmədovanın çantasından içərisində 400 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 3-də rayondakı mağazaların birindən 1020 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan yeniyetmə yaxalanıb.
Faktlarla bağlı təhqiqat aparılır.