CƏMİYYƏT


Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakı, 23 yanvar, AZƏRTAC

Oğurluq etdiyinə görə saxlanılmış şəxsin digər cinayət əməlləri törətməsi də məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş T.Qəmbərovla bağlı Baş Cinayət Axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisindəki iki evdən ümumilikdə 6300 manat məbləğində pul və 7390 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.