DÜNYA


Evsizlər üçün pulsuz ev

Bakı, 27 avqust, AZƏRTAC 

Böyük Britaniyada evsizlər üçün rahat evlərin layihəsi hazırlanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “iKozie” adlanan qeyri-adi evlər ölkənin “Evsizər Fondu”nun sifarişi ilə layihələndirilib. Bu yaşayış sahəsi evsiz insanlara pulsuz verilir. Yeganə şərt müqavilə bağlamaq və kommunal xərcləri vaxtlı-vaxtında ödəməkdir.

Sahəsi cəmi 17 kvadratmetr olan mobil evi istənilən yerdə quraşdırmaq da mümkündür. Layihə müəllifləri mobil evdə yataq, qonaq və vanna otaqlarını, eləcə də mətbəxi yerləşdirə bilib.

Bir nəfərlik belə evlər fonda 54 min dollara başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.