CƏMİYYƏT


FAO ilə “Aqrarco” fındıqçı fermerləri bu sahənin müasir texnologiyaları ilə tanış edib

Bakı, 1 dekabr, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Aqrarco” MMC arasında imzalanmış fermerlərin bilik və bacarıqlarının artırılması sahəsində tərəfdaşlıq sazişinin bir hissəsi kimi, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ və Xaçmaz rayonlarında fındıqçı fermerlərə dəstək üçün yeni tədbirlər reallaşdırılıb. Tədbirlər "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – UTF/AZE/016/AZE" layihəsi çərçivəsində həyata keçirilir.

Qeyd olunan əməkdaşlıq özəl sektor ilə tərəfdaşlığı genişləndirməyi təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün bir sıra istiqamətlər üzrə səyləri birləşdirməyə yönəlib.

Üçgünlük praktiki təlimlərdə iştirakçılara “Aqrarco” MMC-nin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Şirkət öz bağlarında qış budamalarını nümayiş etdirərək və yuxarıda qeyd olunan hədəf rayonlarda fəaliyyət göstərən 60 nümayiş sahəsindən olan fermerlər üçün qış tədbirlərinin keçirilməsinin və funqisidlərlə çiləmənin vacibliyini əyani olaraq nümayiş etdirərək fermerlərin diqqətinə çatdırıb. Təlimlər zamanı, FAO-nun beynəlxalq ekspertinin iştirakı ilə fındıq qərzəyindən kompostun hazırlanması prosesi də nümayiş etdirilərək Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin tətbiqinin vacibliyi bir daha vurğulanıb.

Sahə səfərlərində iştirakçılar, həmçinin fındığın yığılması, yığımdan sonra qurudulması və saxlanması proseslərinin düzgün təşkilinin vacibliyi barədə də məlumatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.