CƏMİYYƏT


FHN Ağsu, Qəbələ və Kürdəmir rayonlarında baş verən yanğınlar barədə məlumat yayıb

Bakı, 8 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) gün ərzində Ağsu, Qəbələ və Kürdəmir rayonları ərazisində baş verən yanğınlar barədə məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Ağsu rayonunun Bico kəndində 10 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli elektrik xətləri yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Qəbələ rayonunun Kürd kəndində biçilmiş taxıl sahəsi (6 hektar) və kol-kos (4 hektar) yanıb. Alov söndürülüb və Türyançay Dövlət Təbiət Qoruğu yanğından mühafizə edilib.

Kürdəmir rayonunda isə Çöl Ərəb kəndində ümumi sahəsi 100 kvadratmetr olan köməkçi tikilinin dam örtüyündə baş verib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.