CƏMİYYƏT


FHN: Böyük Şor gölündə çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılıb

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, verilmiş tapşırığa uyğun olaraq, bu gün Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Gün ərzində görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb. Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.