CƏMİYYƏT
FHN: Qızılağac Dövlət Təbiət Qoruğundakı yanğının söndürülməsini küləkli hava çətinləşdirir VİDEO
Bakı, 27 avqust, AZƏRTAC
Məlumat verildiyi kimi, avqustun 27-də Lənkəran şəhərinin Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.
Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.
İlkin məlumata əsasən, ərazidə 10 hektar sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.