CƏMİYYƏT


FHN Sumqayıtda etilen-polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb

Bakı, 7 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində zavodun ümumi sahəsi 1200 kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıq, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.