CƏMİYYƏT


FHN Xaçmaz rayonu ərazisində dənizdə batan uşağın cəsədinin tapılması ilə bağlı məlumat yayıb

Bakı, 8 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu ərazisində dənizdə batan uşağın cəsədinin tapılması ilə bağlı məlumat yayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

P.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.