CƏMİYYƏT


FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi keçirilib

Bakı, 30 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Mərkəzin 2022-ci tədris ili üçün hazırlıq planına müvafiq olaraq 7 nömrəli Regional Sukanal idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqdə FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları və 7 nömrəli Regional Sukanal İdarəsinin rəhbər heyəti, Mülki müdafiə qərargahının rəhbərliyi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.

Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.