CƏMİYYƏT


FHN-in “Facebook” səhifəsində birbaşa sual-cavab təşkil olunacaq

Bakı, 11 mart, AZƏRTAC 

Martın 12-də saat 11.00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) “Facebook” sosial şəbəkəsindəki səhifəsində (https://www.facebook.com/officialfhn ) “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına riayət olunması” mövzusunda birbaşa sual-cavab təşkil olunacaq.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin Əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyevanın moderatorluq edəcəyi “Facebook” üzərində canlı yayımda suallar Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev tərəfindən cavablandırılacaq.

Diskussiyada iştirak etmək istəyən şəxslər qeyd edilən vaxtda Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə daxil ola və mövzuya dair müvafiq suallarını verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.