CƏMİYYƏT


FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınacaq.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təyyarə və FHN-ə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Hazırda humanitar yardım və xilasetmə qrupunun yola salınması üçün hazırlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.