REGİONLAR


FHN-in rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib

Göyçay, 14 may, Adil Ağayev, AZƏRTAC 

Mayın 14-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göyçay şəhərində Göyçay rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin kadr və digər məsələlərlə bağlı 72 vətəndaş nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Bundan əlavə, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Kürdəmir şəhərində Kürdəmir rayonunun 49, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə Ucar şəhərində Ucar rayonunun 53 sakinini və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.