CƏMİYYƏT


FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu hazırda Gürcüstan ərazisində Türkiyə istiqamətində hərəkət edir VİDEO

Bakı, 1 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 31-də qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu hazırda Gürcüstan ərazisindədir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyə istiqamətində hərəkət edir.

Xatırladaq ki, ötən gün axşam saatlarından yola salınan yanğın-xilasetmə qrupuna 1 helikopter, 1 tibbi yardım avtomobili, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 yanğınsöndürən və xilasedici daxildir. İyulun 30-da isə FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup Türkiyəyə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.