CƏMİYYƏT


FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında yerləşən “Xəzər tikinti-2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Xəzər tikinti-2004” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.