İDMAN


FIA Lekleri cərimələməklə səhvə yol verib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də “Sudzuka” avtodromunda Formula 1 Yaponiya Qran-Prisi keçirilib. Yürüş başa çatanda “Ferrari”nin pilotu Şarl Lekler 15 saniyə cərimələnib.

AZƏRTAC xəbər verir ki, yekun vaxtına 5 saniyəni birinci dövrədə “Red Bull”un pilotu Maks Ferstappenlə insidentə görə əlavə ediblər. Daha 10 dəqiqə isə Şarla zədələnmiş bolidin pilotajına görə verilib.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi bəyanatında sonuncu qayda pozuntusuna görə cəza reqlamentin 38.3(d) bəndi ilə əsaslandırılıb. Lakin bu bənd 30 saniyə cərimə nəzərdə tutur. Bu isə belə deməyə əsas verir ki, Leklerin cəriməsi daha böyük olmalı idi.

FIA səhvi etiraf edib, lakin bu səhv əslində bir qədər başqa xarakterli olub. “RaceFans” xəbər verir ki, cərimənin mətni düzgün yazılıb, lakin reqlamentin Leklerin cəzalandırılmasına müvafiq olan bəndinin nömrəsi səhv yazılıb.

Xatırladaq ki, Şarl cəzaya görə yekun protokolda altıncı yerdən yeddinci yerə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.