İDMAN


FIDE rapid və blits üzrə dünya çempionatında ümumi mükafat fondunun necə bölüşdürüldüyünü açıqlayıb

Bakı, 5 yanvar, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Sankt-Peterburqda başa çatan rapid və blits üzrə dünya çempionatının yekun nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bununla yanaşı, FIDE mükafat fondunun necə bölüşdürüldüyünü də ətraflı izah edib. Belə ki, çempionatda ən çox qazanan şahmatçı Maqnus Karlsen olub. Norveçli şahmatçının çempionatın yekununda ümumi qazancı 116 min 250 ABŞ dolları təşkil edib. Belə ki, o, blits yarışında çempionluğa görə 60 min, rapid yarışında beşinci yeri tutduğuna görə 36 min 250, iki yarışın ümumi nəticəsinə görə isə əlavə 20 min dollar qazanıb.

Dünya çempionatında ən çox qazanan qadın şahmatçı isə iranlı Sarasadat Xademalşariehdir. O, həm rapid, həm də blits yarışında ikinci yeri tutaraq ümumi hesabda birinci olub. Bu uğur ona 69 min ABŞ dolları qazandırıb.

Çempionatda Azərbaycan təmsilçiləri də mükafatsız qalmayıblar. Rapid üzrə dünya çempionatında ikinci yeri tutan Şəhriyar Məmmədyarov ümumi hesabda beşinci olduğu üçün 50 min 750 ABŞ dolları əldə edib.

Birincilikdə ümidləri doğrultmayan Rauf Məmmədovun gəliri 1050, Qədir Hüseynovun isə 437 dollar təşkil edib.

Qadın təmsilçilərimiz arasında mükafata sahib olan yeganə şahmatçımız Zeynəb Məmmədyarova olub. O, 2750 ABŞ dolları qazanıb.

Dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.