İDMAN


FIFA 2026-cı il dünya çempionatında 12 milyard dollar qazanmaq niyyətindədir

Bakı, 26 noyabr, AZƏRTAC

FIFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina bildirib ki, 2026-cı il dünya çempionatında FIFA-nın vəzifəsi Rusiyada keçirilən 2018-ci il dünya birinciliyi ilə müqayisədə təşkilatın mədaxilini ikiqat artıraraq 12 milyard dollara çatdırmaqdır.

AZƏRTAC-ın məlumatına görə, iyun ayında FIFA prezidenti Canni İnfantino 2015-2018-ci illər üzrə qurumun gəlirlərinin 6,1 milyard dollar təşkil etdiyini bildirmişdi.

“Futbol bir biznes-şoudur. 2018-ci il dünya çempionatı ən yaxşı təşkil edilmişdi. Rusiyadakı iş 6 milyard dollar mədaxil demək idi. Bu, çox böyük vəsaitdir. Əsas vəzifə - məbləği ikiqat artırmaq və 2026-cı ildə Meksika, Kanada və ABŞ-da keçiriləcək dünya çempionatında 12 milyard dollara çatdırmaqdır. Çempionlar Liqasının hər mövsümündə 2 milyard avrodan çox vəsait qrup mərhələsinin 32 komandası arasında bölüşdürülür”, -deyə P.Kollina vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.