İDMAN


FİFA Honkonq Futbol Assosiasiyasını cərimə edib

Bakı, 9 oktyabr, AZƏRTAC

2022-ci il Dünya Çempionatının seçmə dövrəsində İran yığmasına qarşı Honkonqda keçirilən matçdan əvvəl honkonqlu fanatlar Çinin dövlət himninə hörmətsizlik etdiklərinə görə, Beynəlxalq Futbol Federasiyası (FİFA) Honkonq Futbol Assosiasiyasını cərimə edib.

AZƏRTAC FİFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, Honkonq Futbol Assosiasiyası 15 min İsveçrə frankı (15,1 min ABŞ dolları) məbləğində cərimə ödəməlidir. Bundan əlavə, FİFA Honkonq Futbol Assosiasiyasına xəbərdarlıq edib. Sentyabrın 10-da keçirilmiş görüş 2:0 hesabı ilə İran yığmasının xeyrinə başa çatıb.

Honkonq və İran yığmaları Asiya zonasında seçmə dövrənin ikinci raundunda İraq, Kamboca və Bəhreyn komandaları ilə bərabər “C” qrupunda çıxış edir. İki matçda 1 xal toplamış Honkonq komandası sabah növbəti matçda İraqda bu ölkənin yığması ilə qarşılaşacaq.

Honkonq Çinin xüsusi inzibati rayonudur. Ona “bir ölkə - iki sistem” formulu üzrə yüksək muxtariyyət verilib. Dörd bundan əvvəl, Honkonqda hakimiyyət orqanlarının ekstradisiya barədə qanun layihəsi qəbul etmək cəhdlərinə etiraz əlaməti olaraq genişmiqyaslı aksiyalar keçirilib. Həmin qanun layihəsində hüquq pozuntuları törətmiş şəxsləri Çinin materik hissəsində mühakimə etməyə imkan verəcək. Administrasiya rəhbərliyinin bu təşəbbüsdən imtina etmək qərarına baxmayaraq, gənclər arasında müxalifət tərəfdarlarının çoxu etiraz aksiyalarını davam etdirməyə hazır olduqlarını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.