İDMAN


FIFA-nın “The Best” mükafatının təqdimetmə mərasimi dekabrda keçiriləcək

Bakı, 21 noyabr, AZƏRTAC

FIFA-nın “The Best” mükafatının təqdimetmə mərasimi dekabrın 17-də keçiriləcək.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən tədbir ilk dəfə onlayn təşkil ediləcək.

Qeyd edək ki, tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilərin adına aydınlıq gələcək. Bununla yanaşı, ən yaxşı kişi və qadın qapıçılar, eləcə də, "Feyr pley" mükafatının və ən yaxşı qolun sahibi müəyyənləşəcək.

Səsvermə noyabrın 25-dən dekabrın 9-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.