İDMAN


FIFA paraqvaylı klub prezidentini ömürlük futboldan uzaqlaşdırıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Paraqvayın “Olimpiya” klubunun prezidenti Marko Antonio Trovato Vilyalbanın futbolla bağlı istənilən fəaliyyətinə ömürlük qadağa qoyulub. O, bununla yanaşı, 100 min İsveçrə frankı məbləğində cərimələnib.

AZƏRTAC xəbər verir ki, FIFA-nın Nizam-İntizam Komitəsi funksioneri oyunların nəticəsini manipulyasiya etməkdə günahkar hesab edib.

Klubun prezidenti 10 gün ərzində apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, paraqvaylı futbol mütəxəssisinə qarşı sanksiya qərarı 2018-2019-cu illərdə keçirilmiş bir sıra matçlarla bağlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.