İDMAN


FIVB: Azərbaycan millisi reytinq cədvəlində 52-ci pillədə qərarlaşıb

Bakı, 3 noyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) açıqladığı siyahıda Azərbaycan yığması da yer alıb.

Millimiz 113 xalla dünyanın 52-ci komandasıdır. Yığmamız eyni xala malik olduğu Finlandiya və Boliviyadan əlavə göstəricilərdə geri qalır.

Cədvəldə ilk üçlükdə ABŞ (379), Braziliya (366) və Çin (350) milliləri yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.