DÜNYA
FRANSANIN ƏHALİSİ NƏ QƏDƏRDİR?
Keçən il ölkədə 792 min 600 körpə dünyaya gəlmişdir. Bu, 2002-ci illə müqayisədə 6 min azdır. Doğum halları 20-40 yaşlı qadınlar arasında daha yüksək olmuş və ümumi doğuşun 96 faizini təşkil etmişdir.
Hesabat dövründə 280 min 300 nigah qeydə alınmış, 560 min 300 nəfər dünyasını dəyişmişdir. 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə ölüm halı 56 min 200 nəfər artıqdır. Ölümün artımına səbəb keçən ilin avqust ayında havaların həddindən artıq isti keçməsi olmuşdur.
Hazırda əhalinin sayına görə, Avropa ölkələri arasında Almaniya (82,5 milyon) birinci, Fransa ikinci, Böyük Britaniya (59,5 milyon) isə üçüncü yeri tutur. Fransanın əhalisi 15 dövləti birləşdirən Avropa Birliyi ölkələrinin əhalisinin ümumi sayının 16 faizini təşkil edir. Bu birliyə daha 10 ölkə daxil olarsa bu rəqəm 13 faizə enəcəkdir.