MƏDƏNİYYƏT
FRANSIZ MUSİQİSİ GECƏSİ KEÇİRİLMİŞDİR
Martın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə fransız mahnılarından ibarət musiqi gecəsi keçirilmişdir.
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə tanınmış “Kalis” triosunun ifasında klassik fransız bəstəkarlarının əsərləri səslənmişdir. Məşhur fransız müğənnisi Cenevieve Kalis pianoçu Erve Sən-Gironun və kontrabas ifaçısı Nolvin Lezurin müşayiəti ilə ötən əsrin 60-70-ci illərinin ən dəbdə olan məşhur mahnılarını oxumuşdur.
Fransanın, Yaponiyanın, Rumıniyanın, Polşanın ölkəmizdəki səfirləri Şantal Puare, Toşiyuki Fucivara, Tasim Cəmil, Martsin Navrot və digər səfirliklərin nümayəndələri musiqi gecəsində iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]